Nasoslar dəqiq olaraq Bina İdarəetmə Sistemi (BMS) tərəfindən idarə olunur

Almaniyanın dörd Dünya Çempionatı titulları ölkənin futbol azarkeşləri üçün eyforik xatirələr oyadır. Bu qələbələr fonunda olan hekayələr və bir çox digər əyləncəli xatirələr Dortmundda yerləşən Almaniya Futbol Muzeyində söylənilir. "Fəaliyyət Arenası" tədbir sahəsi, eləcə də keyterinq obyektləri bu unikal futbol təcrübəsini tamamlayır. Belə ki, binanın çoxfunksiyalı konsepti də, həmçinin havalandırma baxımından xüsusi tələblərə malikdir. Ziyarətçilərin bütün sahələrdə ideal mühit temperaturundan zövq almaları üçün havalandırma sistemi üçün "yeni taktiki konsept" işlənib hazırlanmışdır. Buraya tələbə əsasən qızdırma və ya soyutma sahələri üçün bina idarəetmə sistemi tərəfindən idarə olunan Wilo nasosları daxildir.

Tavanda soyuducu kasetlər olmaqla çoxfunksiyalı ərazi

“Sahənin genişliyi”ndən tam istifadə

Havalandırma sistemi üzrə tələblər- daha dəqiq desək, qızdırıcı və soyuducu sistemin ötürülməsi - bundan daha geniş ola bilməzdi.

Bir neçə metr hündürlüyə malik şüşəli fasad Almaniya futbolu haqqında dünyanın ilk təəssüratlarını aşkar edir- və hər zaman dumandan təmizlənməlidir.

Bina, həmçinin geniş sahələr və otaqları ilə fərqlənir. Çoxfunksiyalı yeraltı sahədə azarkeşlər yeni öyrəndikləri bilikləri sahədə sınaqdan keçirə bilər - və sahə yaxşı havalandırılmadığı halda açıq havaya birbaşa olaraq tərli çıxa bilərlər.

Muzey mərtəbəsində ziyarətçilər öz asudə vaxtlarından zövq aldıqları halda, növbəti mərtəbədə tədbirlər və qala - mürəkkəb nahardan tutmuş canlı ziyafətlərədək - yığıncaqlar üçün sahə ayrılmışdır. İdman və kulinariya məxsusi olaraq müxtəlif keyterinq əraziləridir ki, burada ziyarətçilər fasilə vaxtlarından zövq ala bilərlər.

Qızdırıcı və soyuducu sistem bölüşdürülməsinin "oyun planı"

Bu geniş çeşidli fəaliyyət üçün ideal iqlim şəraiti təmin etmək məqsədilə Almaniya Futbol Muzeyi mövcud texniki seçimlər üzrə bütöv "seriya"dan istifadə edir. Qızdırıcı sistem üçün enerji rayon qızdırıcı sistemindən 400 kV ilə təchiz olunur. Soyuq hava hər biri 300 kV enerji olmaqla, iki su soyuducusu vasitəsilə təmin edilir. Mümkün qədər çox enerjiyə qənaət etmək üçün onlar, həmçinin birbaşa buxarlandırıcıya malik soyuducu batareyaya qoşulmuşlar. Ventilyasiya sistemi əlavə olaraq adiabatik soyutma sistemi ilə təchiz olunmuşdur. İlıq və soyuq hava müxtəlif sistemlər vasitəsilə paylaşılır, növünə və müvafiq istifadə profilinə əsasən: ventilyasiya kanalları vasitəsilə tənzimlənir, səth temperatur nəzarəti, konvektor qızdırıcıları və ya radiatorlar vasitəsilə ilə təchiz olunur.

Müxtəlif maraqlı sərgilər və multimedia təqdimatları ilə muzey səviyyəsi

BMS hər zaman nasosları idarə edir və bir neçə klik ilə müxtəlif iqlim ssenariləri üçün sistemin tənzimlənməsində istifadə oluna bilər.

Bina İdarəetmə Sistemi "uyğunlaşan taktikalar"a imkan verir

Bütövlükdə qızdırıcı və soyuducu dövriyyələr Bina İdarəetmə Sistemi (BMS) tərəfindən idarə olunur. Bu, həmçinin zaman və temperaturdan asılı olaraq hər bir dövriyyə üçün dövriyyə nasoslarını (‘Wilo-Stratos’ nominal qoşulma diametri DN 65) tənzimləyir. Bu müvafiq temperaturların binanın büdcə səmərəli və kifayət qədər zamana uyğun individual sahələrində qorunub saxlanmasını təmin edir.

Birinci və ikinci mərtəbələrdə sərgi sahələri ventilyasiya sistemi tərəfindən qızdırılır və soyudulur. Konvektor qızdırıcıları foyedə quraşdırılıb. Onlar havanı yüksək şüşəli səthlər boyunca qızdırırlar. Bu soyuq aylarda soyuq hava yelçəkənlərinin qarşısını alır və bununla da, pəncərələrin dumanlaşmasının qarşısını alır. Çoxfunksiyalı arena əlavə döşəməaltı qızdırıcı sistemə malikdir, bu passiv soyutma üçün istifadə olunur. Bu ərazi eleqant qala tədbirləri, eləcə də bütün "fəaliyyət" növləri, məsələn, futbol sahəsinə çevrildikdə, üçün istifadə oluna bilər. Və geniş şüşə elementləri yay mövsümündə müvafiq istilik axını gətirəcəyindən soyudulmuş hava axını təchizatına əlavə olaraq tavanda pik yüklənmə qapaqları üçün fasiləsiz soyuducu kasetlər quraşdırılmışdır. Köməkçi otaqları şərti radiatorlar ilə qızdırılır. Temperatur səviyyəsindən asılı olaraq, Wilo nasosları individual qızdırıcı və soyuducu dövriyyələri tələb olunan enerji ilə təchiz edir.

Nasosların BMS-ə inteqrasiya edilməsi Almaniya Futbol Muzeyinin Texniki Direktoru Andreas Heine-nin sözlərinə əsasən vacib elementdir: Qızdırıcı və soyuducu sistem üzrə müraciət ətraf mühit temperaturu, eləcə də muzeyin öncədən təyin olunmuş müntəzəm açılış saatları ilə idarə olunur. Xüsusi tədbirlər üçün bu proqramlaşdırmadan kənarlaşa bilərik. Və BMS sayəsində bu sadəcə klikləməklə və ya toxunmaqla icra oluna bilər: havalandırma və qızdırıcı sistemlər mərkəzi mühəndislik otağında quraşdırılmış sensor ekranlar üzərində əks olunmuş sistem diaqramları vasitəsilə idarə olunur. Hər bir istifadəçi profili üçün temperatur və zaman parametrləri BMS ofis terminallarından tənzimlənə bilər. Axşam saatlarında keçirilən tədbirlər üçün, məsələn, tarix, saat və arzuolunan temperatur səviyyələri BMS cədvəlinə daxil edilir. Lazımi məqamda öncədən təyin olunmuş otaq temperaturuna çatması üçün tələb olunan hazırlıq vaxtı ətraf mühit temperaturunun funksiyası olaraq hesablanır və avtomatik şəkildə BMS tərəfindən müəyyən olunur. Bu dəyişikliklər, həmçinin əl vasitəsilə idarə oluna bilər, belə ki, iş saatlarından kənar tədbirlər üçün istifadə olunmayan ərazilər avtomatik olaraq standart azaldılmış, enerjiyə qənaət edən temperatur səviyyələrinə dəyişdirilə bilər.

Dipl.-Wirt.-Ing. Andreas Heine, Almaniya Futbol Muzeyinin Texniki Direktoru

Wilo nasos texnologiyası sayəsində cəld keçidlər

Qızdırıcı təchizatı üçün 15 dövriyyə nasosu və 6 soyuducu paylaşdırılması üçün olmaqla ümumilikdə 21 Wilo yüksək səmərəli nasosları binanın ilkin enerji tələbatının məhdudlaşdırılmasına önəmli töhfə verir. ‘Wilo-Stratos’ seriyalarının (qutu üzərinə bax) rotorlu sirkulyatorları ≤ 0.20 enerji səmərəliliyi indeksinə malikdir. Bu Ecodesign Direktivi (ErP) tərəfindən müəyyən olunan cari səviyyə göstəricisidir. Bundan əlavə, nasoslar "Q-Limit" vasitəsilə daimi olaraq tənzimlənə bilən EC-Motorlarının potensial qənaətindən istifadə edir. Bu hər bir bölüşdürmə dövriyyəsində məhsuldarlığı maksimum məhsuldarlıq 25 və 90 faiz göstəricisi arasında saxlayır. Təyin olunmuş səviyyəyə çatdıqda, nasos limit üzrə dayanmaq üçün nasosun əyrisini tənzimləyəcək. Bu eyni zamanda və dayanıqlı şəkildə qeyri-effektiv qızdırıcı və ya soyuducu sistemlərin qarşısını alaraq cari tələblər əsasında məhsuldarlığı tənzimləməyə şərait yaradacaq.

‘Wilo-Stratos’ DN 65 ilə 21 qızdırıcı və soyuducu dövriyyələrdə

Wilo-Stratos: Enerji istehlakı və kommunikasiya üzrə ən yüksək qiymətlər: EC-Motorlu dövriyyə nasosu

‘Wilo-Stratos’ islaq rotorlu nasosu qaynar su qızdırıcı sistemləri, havalandırma sistemləri və qapalı soyuducu dövriyyələrdə istifadə olunması üçün işlənib hazırlanmışdır. Tək nasos üçün enerji səmərəliliyi indeksi (EEI) ≤ 0.20-dir. Məhsuldarlıq üçün məhdudiyyət (Q-Limit funksiyası) daha öncə təyin olunmuş səviyyəyə qaytarıla bilər və səmərəliliyin artırılması tənzimləmələrinə imkan yaradır.

Nasos ümumilikdə dörd əməliyyat rejiminə malikdir:

  • Sabit sürət (n=sabit)
  • Δp-c sabit diferensial təzyiq üçün
  • Δp-v dəyişlən diferensial təzyiq üçün
  • Δp-T temperaturu idarə olunan diferensial təzyiq

EC-Motor davamlı nəzarətin bütün funksiyalarını və əlavə olaraq bina idarəetmə sistemi vasitəsilə idarə olunan funksiya təklif edir. ‘Wilo-Stratos’ Modbus, BACnet, CAN, LON, PLR, DP, Ext. Off, Ext. Min., SBM və Ext. Off/SBM interfeysləri ilə təchiz oluna bilər. Hidravlik qoşulmalar nominal təzyiqi 6/10 bar olmaqla və xüsusi həll yolu 16 bar olmaqla DN 32-dən DN 100-dək dəyişir.