Məsafədə yerləşən regionda soyuq su təchizatı

‘Inner Mongolia Shangdu’ elektrik stansiyası 8 x 600 MV gücü ilə şimali Çin üçün əsas elektrik təchizatçılarından biridir. İstismara verildiyi ilk iki il müddətində elektrik stansiyası 1.58 milyard kVt/s elektrik istehsal etmişdir. Növbəti planlara Luan çayı və Şanqdu elektrik stansiyası arasında aralıq nasos stansiyasının tikilişi daxildir. Bu tip aralıq stansiyanın savanna çəmənliyində tikilməsi, xüsusilə də qış aylarında və yol infrastrukturunun tikilməsi baxımından külli miqdarda əlavə xərc tələb edəcəkdi. Bu səbəbdən, Wilo layihənin daha qənaətcil və resurs-səmərəli həyata keçirilməsi üçün alternativ və peşəkar həll yolu işləyib hazırlamışdır.

Beş ədəd bürünc versiyalı su təmizləmə qurğuları Çin elektrik stansiyasında quraşdırılmışdır. Bu qurğular 2005-ci ildən etibarən Daxili Monqolustanda su təchizatı nasos stansiyasının istismarında olmuşlar. Quraşdırıldıqları vaxtdan etibarən, bu qurğular heç bir nasazlıq olmadan Şanqdu/ Neymenqu elektrik stansiyalarını soyuducu su ilə təchiz etmişlər.

Belə ki, nasoslar 4°– 10° C temperaturlu soyuducu suyu su anbarından götürür və təzyiqli borular (DN 400 – DN 1000) vasitəsilə 35 km məsafə ilə təpədə yerləşən aralıq nasos stansiyalarına nəql edirlər. Buradan, soyuducu su digər təzyiqli boru vasitəsilə əlavə 35 km məsafə üzrə nəql olunaraq elektrik stansiyasına ötürülür.

Ehtiyac əsaslı həll yolu qənaət etmək üçün imkan təmin edir

Nəticə etibarilə, geniş sərmayə, əməliyyat və texniki baxış xərclərinə qənaət edilməklə aralıq nasos stansiyasının tikilməsi üçün böyük xərclərə ehtiyac qalmamışdır. Qış aylarında aralıq nasos stansiyasında kompleks texniki baxış da həmçinin mürəkkəb məsələ idi. Buna əlavə olaraq, yüksək gərginlikli mühərrik gərginliyi artırmış və cərəyanı azaltmışdır. Bu təkmilləşdirilmiş səmərəlilik əldə etməklə və enerjiyə qənaət hədəflərinə çatmaqla ötürücü xətlərdə itkiləri azaltmışdır.

Məlumatlar və Faktlar
Layihə Energiegewinnung Shangdu
Shangdu Town
Innere Mongolei
Qurucu Inner Mongolia Shangdu Power Ltd.
Shangdu Town Zhenglanqi
Innere Mongolei
Texniki planlaşdırma North China Electric Power Design Institute
No. 5 North Alley Liupukang, Xicheng District
Peking
China
Quraşdırılmış Məhsullar Wilo-EMU KM 3100S-1