Klinikum Bremerhaven

Köhnəlmiş enerji istehlakı sistemi

1976-cı ildə açılışından bəri Klinikum Bremerhaven ümumilikdə 710 çarpayısı ilə birgə Bremen regionunda öz sahəsi üzrə ən müasir xəstəxana idi. Buna baxmayaraq, tibb sahəsində qabaqcıl nüfuzuna zidd olaraq binanın texniki avadanlıqları və sistemləri zamanın tələblərinə cavab vermir. 2004-cü ildə xəstəxananın başlıca enerji xərcləri 2.4 milyon avro olmuşdur. Klinikum pasientləri üçün ən mühüm amil hər zaman olduğu kimi bacarıqlı tibbi heyət və ən müasir tibbi texnologiyanın istifadə olunmasıdır. Buna baxmayaraq, tibbi sistem və pasientlərin sürətlə müalicə olunması etibarlı və optimal bina texnologiyasından asılıdır.

Wilo-Energy Solutions bina xidmətlərini müasir tələblərə uyğunlaşdırır.

Bremendə yerləşən ekologiya agentliyi ‘Energiekonsens’ ilə əməkdaşlıq çərçivəsində enerji-səmərəli bərpa üzrə müqavilə Siemens Bina Texnologiyaları Bölməsi ilə bağlanmışdır. Bu işin bir hissəsi olaraq, enerji qənaətli və podratçı layihə üzrə danışıqlar aparılmışdır, layihə müddəti 12 ildir.Nəzarətsiz nasosların Wilo-Stratos yüksək səmərəli nasoslar ilə əvəz olunması üçün ümumilikdə 120 fərdi ölçü götürmə işləri müvafiq şəkildə həyata keçirilmişdir.Beləliklə, Klinikum sistemlərin keyfiyyəti, ekoloji cəhətdən əlverişli, xərclərə dayanıqlı qənaət və enerji optimallaşdırılması baxımından yeni mərhələyə başlamışdır.

Nəticə: bir il üzrə təxminən 50 MVts elektrik cərəyanına qənaət edilmişdir.

Nasosları aktiv şəkildə yeniləməklə xəstəxana enerji istehlakını 31 %-dək azaltmağa nail olmuşdur. Yeni nasoslar quraşdırıldıqdan sonra yüksək səmərəli nasoslardan istifadə sayəsində hər il təxminən 50 Mvt/saat elektrik enerjisinə qənaət edilmişdir.Nəticə etibarilə bu ölçügötürmələr ən müasir gigiyena tələblərinə uyğun olaraq yüksək etibarlı enerji təchizatı, gigiyenik təhlükəsizlik təmin etmiş və eyni zamanda pasientlərin rahatlığını təmin etməklə onlar üçün rahatlığı yüksək səviyyəyə çatdırmışdır. Wilo yüksək səmərəli nasoslarına yatırılan sərmayə bu səbəbdən qısa müddət sonra dividendləri ödəmişdir.

Wilo-Energy Solutions haqqında daha ətraflı məlumat əldə edin

Jürgen Breuer, Klinikum Texniki Direktoru

Faktlar və nömrələr
Obyekt Klinikum Bremerhaven-Reinkenheide, Almaniya
Başa 2016
Planlaşdırma Siemens Bina Texnologiyaları
Qənaət: 50 MW über ein Jahr