İnkişaf edən turist sənayesi üçün gələcək planlaşdırma

Usedom ada yerləşməsi gələcək etibarlı və dayanıqlı qərar çirkab su emalı sistemi üçün nə qədər yaxşı düşünülmüş olduğunu göstərir. Hətta 18 il əvvəl, nəzarət assosiasiyası ada şərtlərinin turistlər arasında artan populyarlığı ilə çirkab su sistemi üzərinə yüksək tələblərin qoyulmasını sezə bilərdi.Usedom adası, Cənubi Baltik dənizinin Pomeranian Körfəzində yerləşməklə 445 kv.km ərazisi ilə Almaniyanın ikinci ən böyük adasıdır. İldə təxminən 1900 saat günəş işığı Usedom-un Almaniyanın günəşli ərazisi olduğunun göstəricisidir və nəticədə hər il daha çox turistlər adaya səfər edir.

Mövsümi çətinliklər üçün fərdi həll yolları

Su təchizatı və çirkab tullantılar üzrə nəzarət assosiasiyası yay mövsümündə ada əhalisinin üç qat artdığını və istehsal olunan çirkab sular 70 %-dək artdığını qeydə almışdır. Ada rəhbərliyi bütün planlaşdırılmış infrastruktur ölçülərinin mövsüm tələblərinə uyğunlaşmalı olduğunu bilirlər. Bu baxımdan, çirkab suların həcmi sakinlərin və turistlərin istifadəsindən asılıdır. Nəticə etibarilə, çirkab su emalı sistemi və nasos stansiyaları hər zaman maksimum çirkab su həcmi və artmış bərk maddələrin emalı üçün potensiala malik olmalıdır. Partnyor olaraq Wilo sistemləri ilə birgə, ada rəhbərləri iqtisadi və ehtiyaclara əsaslanan həll yolu təzyiq drenajına diqqət yönəltmişlər. Almaniya tərəfindən mürəkkəb çikrab su emalı sistemi bərk maddələrin ayrılması sisteminə malik 13 Wilo nasos stansiyalarından ibarətdir. Bütün nasos stansiyaları dəqiqliklə layihələndirilməsi və proqnozlaşdırılan axın və dərinlik nəzərə alınaraq inşa olunmalıdır.

Manfred Şultz, Usedom su və çirkab su emalı üzrə nəzarət assosiasiyasının nümayəndəsi "Wilo bizim üçün ən düzgün seçim idi".

18 ildə heç bir nasazlıq yoxdur- inandırıcı arqument

Sistem bütövlüyü etibarlı çirkab su nəqlini təmin edir- bu müxtəlif toplama məntəqələrində uzunmüddətli ölçü işləri daxil olmaqla logik sistem dizaynının nəticəsidir. Bu baxımdan, nəzarət assosiasiyası zəruri sistem həcminin hesablanması, adambaşına düşən su istehlakı və müvafiq axın üçün təlimat dəyərləri əldə etmişdir. "Wilo ilə biz etibarlı bərk maddələrin çeşidlənməsi sistemləri üçün tərəfdaş seçmişik. Bizim üçün çirkab su emalı sahəsi üzrə öz təcrübələrini müvafiq sistemlərə tətbiq edə biləcək və bizim adanın xüsusi çirkab su strukturuna uyğunlaşdıra biləcək tərəfdaş seçmək önəmli idi. Bu təcrübədə bizim təsəvvür etdiyimiz kimi işlədi. Bugün biz Usedom-da olan bərk maddələrin çeşidlənməsi sisteminin 18 il ərzində problemsiz çalışdığını deyə bilərik. Bu bizim üçün iqtisadi cəhətdən önəmli idi, əlbəttə ki, bu planlaşdırmanı daha etibarlı edir" -deyə Usedom su və çirkab su emalı üzrə nəzarət assosiasiyasının nümayəndəsi Manfred Şultz bildirmişdir.

Daten & Fakten
Projekt Abwassersystem auf Usedom
Insel Usedom
Deutschland
Fertigstellung 2014
Bauherr Zweckverband Wasser/Abwasser
Zum Achterwasser 6
Ückeritz

Wilo-Produkte

Wilo-EMUport CORE