Axtar
Əlaqə
E-poçt
Kataloqun yaradılması
Mənim favoritlərim
Сравнение изделий

İqlim dəyişikliyi ilə tez və effektiv mübarizə aparın

Qingdao view from the sea

Wilo-Energy Solutions - proaktiv effektivlik tədbirləri vasitəsilə yeni enerji siyasətinə başlayın.

Enerji resurslarından uzunmüddətli istifadə zərurəti iqlim dəyişikliyi səbəbindən mübahisəedilməzdir. Asiya və Afrikada urbanizasiya və qərb nümunəsinə əsaslanan rifaha can atma onu göstərir ki, imtina strategiyası həll yolu deyil. Hətta qısa müddətli realizasiya üçün olsa belə enerji effektivliyinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması üçün çox sayda konsepsiyalara ehtiyac var.

Ekologiya – artım mühərriki

Alternativ enerjiyə keçid növbəti onilliklərin ən böyük ekoloji və iqtisadi-siyasi tələblərindən biridir. Alternativ enerjiyə keçid üçün konkret məqsədlər müəyyən etmiş millət – Almaniyadır. Burada nəinki enerji ehtiyacının 80 % 2050-ci ilədək yenilənən enerji mənbələrindən alınmalı, həmçinin əlavə olaraq 2008-ci illə müqayisədə ilkin enerji istehlakı 50 % azaldılmalıdır.

Əgər biz ətraf mühitin mühafizəsi ilə iqtisadi artımın əks məfhumlar olmadığını sübut edə bilsək, Almaniya modeli beynəlxalq məktəbə çevrilər və bizim dünya iqtisadiyyatındakı yerimiz daha da möhkəmlənər.

CO2 hasilatının azaldılması – bütün dünyada vacib tələbdir

Wilo atrıq on illərdir ki, enerji effektivliyi mövzusu ilə məşğul olur. Dünya üzrə istifadədə olan nasosların əksər hissəsi texnoloji cəhətdən köhnəlmişdir. Tənzimlənməyən köhnə nasosların yüksək effektivliyə malik müasir nasoslarla əvəzlənməsi sayəsində böyük bir qənaət potensialı yaranır. Beləcə bütün dünyada CO2 hasilatı davamlı olaraq azaldıla bilər.

Daha artıq rentabellik və davamlılıq üçün təşəbbüs

Wilo-Energy Solutions işlək olan tənzimlənməyən nasosların Wilonun yüksək effektivli nasosları ilə proaktiv şəkildə əvəzlənməsini nəzərdə tutan bir təşəbbüsdür. Biz ictimai, sənaye və istehsalat binalarının, qurğularının və obyektlərinin sahiblərinə bu keçidin bütün faydalarını göstəririk. Ətraf mühitə fayda verməklə yanaşı enerji xərclərinin təxminən 80% azalması, eləcə də gələcəyin, təchizatın və gigiyenanın təhlükəsizliyindən söhbət gedir.

Hər bir istifadə üçün optimal enerji effektivliyi

Wilo nasos texnologiyası isitmə, soyutma, havalandırma, su təchizatı və çirkab sular, eləcə də sənaye sahəsində tətbiq olunur. Wilo-Energy Solutions çərçivəsində biz demək olar ki, hər bir istifadə üçün optimal enerji effektivliyi təklif edən 6 model təqdim edirik.

Bizim əsas məhsullarımız:

Wilo-Stratos MAXO

Wilo-Stratos MAXO-Z

Wilo-SiBoost Smart Helix Excel

Wilo-EMU TRE 326

Wilo-Stratos GIGA

Wilo-Stratos GIGA

Şəxsi məsləhətə ehtiyacınız varmı?

Zəhmət olmasa, bizimlə əlaqə saxlayın