Дренаж

İnsanların bina evlərində yaşadıqları hər ərazidə daim çirkli və yağış suyu kateqoriyalarına bölünən su axını yığılır. Çirkli su ümumiyyətlə bir qayda olaraq kanalizasiya sisteminə axıdılır və daha sonra yenidən su sirkulyasiyasına daxil edilməsi üçün təmizləyici qurğuda təmizlənir. Yağış suyu isə bunun əksinə olaraq həm ayırıcı sistem vasitəsi ilə təmizlənə və ya kanalizasiyanın ümumi axıdılan sistemi vasitəsilə çirkli su ilə birgə boşaldıla bilər. Bu səbəbdən tikinti işlərinin sifarişçilərinə və istismarçılara gələcəkdə hər hansı bir gozlənilməz hadisə ilə üzləşməmək üçün layihəçi mütəxəssis ilə birgə drenaj planının hazırlanması tövsiyə edilir.

Entwässerung Regenwasserentsorgung

Drenaj qurğularını davamlı olaraq işlək vəziyyətdə saxlamaq məqsədilə çirkli suların çəkilməsi üçün sistem, geriyə axının qarşısını alan cihazlar və boru kəmərləri kimi ayrı-ayrı elementlər müntəzəm olaraq eyni məsafədə saxlanılmalı və təmizlənməlidir. Güclü yağıntı səbəbindən dolan zirzəmilərdə çox zaman drenaj yerlərinin bloklama mexanizminin

olmaması problem yaradır. Binalarda tikilmiş kanalizasiya borularının əhəmiyyətli bir hissəsi su buraxdığı və ya zamanla su buraxacağı üçün çirkli suların çəkilməsi üçün sisteminizin çirkli suyu hörgüyə buraxmaması və iri həcmdə zərərə səbəb olmaması üçün müntəzəm olaraq hermetikliyi daim nəzarətdə saxlamaq tövsiyə edilir. Yüksək keyfiyyətli nasos sistemlərinin premium istehsalçısı olan Wilo müştərilərə xidmət və sistemdə yaranan problemlərin həlli üzrə ilk əlaqə tərəfdaşıdır.

Torpaq sahələrinin və binaların drenajı

Bir çox vətəndaşlar üçün əngəlsiz işləyən kanalizasiya sistemi həqiqətən də təbii olaraq normal hesab edilən bir vəziyyətdir. Torpaq sahələrinin və binaların drenaj qurğularının vacib olduğu suyun adətən düzgün axmadığı halda məlum olur.

Drenaj qurğularında yaranan problemlər əsasən çirkli suyun və qazılmış torpağın yeraltı sulara axıb qarışdığı zədələnmiş və ya sıradan çıxmış boru kəmərləri vasitəsilə yaranır. Bu da təbii ki, təmizləyici qurğularda nasosların uzunmüddət işlədikləri səbəbdən iri həcmli xərclərə səbəb olan çirklənməyə gətirib çıxarır. Yolların altında olan torpağın ağır dərəcədə erroziyası və yuyulması yaxınlıqda yerləşən infrastrukturlar üçün də təhlükə yaradır. Bu səbəbdən mülk sahibləri drenaj qurğularını lazımi vəziyyətdə saxlamağa borcludurlar. Baxım və texniki xidmət üzrə məsləhətlər üçün biz sizə səlahiyyətli tərəfdaş kimi kömək etməkdən məmnunluq duyarıq.

Drenaj qurğularının tətbiq sahələri

Drenaj qurğuları həm şəxsi evlərdə və torpaq sahələrində və həmçinin ictimai obyektlərdə tətbiq olunur. Wilo drenaj nasosları yeraltı tikinti,hündürmərtəbəli binaların tikintisi, yaşıllaşdırma və abadlıq işləri zamanı və idman obyektlərində uzun illər uğurla istifadə edilmişdir. Bundan əlavə, bizim nasoslar göllərdən və çaylardan suyun alınması, qurudulma üçün müxtəlif drenajlarda istifadə edilir.

Entwässerung Regenwasserentsorgung