Отопление

Layihəniz üçün individual həllər

Bina texnikasının nasos və nasos sistemləri sahəsində dünyanın qabaqcıl premium təchizatçılarından biri kimi sizə yüksək sistem effektivliyi və maksimum enerji qənaətli xüsusi məhsullar təklif edirik. Bizim buradakı məqsədimiz hər zaman həll üsulumuzu lazım olduğu qədər individual mümkün olduğu qədər səmərəli saxlamaqdır.

Bina texnikasında illərin təcrübəsi ilə tətbiq etdiyimiz layihələrlə sizi həm planlaşdırma həm də layihələrin həyata keçirilməsi sahəsində dəstəkləyirik.

Enerji qənaətli və etibarlı

Fərqi yoxdur istər klassik radiator istərsə də döşəmə isitmə sistemi olsun-qızdırıcı bir evin əsas parçasıdır. Wilo- nun yüksək effektiv nasosları hər hansı bir məkanı rahatlıq zonasına çevirə bilər. Bu zaman onlar təkcə istilik və təhlükəsizliyinizi təmin etmir, həm də enerji və xərclərinizə qənaət etməyə kömək edir. Quraşdırılması sadə, saxlanması asan və son dərəcə etibarlı – Bu xüsusiyyətləri hər zaman bizim Wilo nasoslarından gözləyə bilərsiniz. Bizim yüksək effektiv nasoslar həm də ticarət məqsədli tətbiq sahələri üçün nəzərdə tutulub və elektrik xərclərini əhəmiyyətli dərəcədə azaldır. Geri axın səviyyəsindən aşağıda yerləşən kombilərdə kondensatın məhv edilməsi üçün kondensasiya qurğusuna ehtiyac yaranır. Wilo xüsusi ilə bu proqram üçün uyğunlaşdırılmış və yüksək keyfiyyətli həllər təklif edir.