Промышленность

Yüksək iqtisadi səmərəli və effektiv

Biz Wilo ilə bilirik ki: Hər sənaye sahəsi öz istehsal texnologiyasında və materialların istifadəsində fərqli və yüksək tələblərə malikdir. Buna görə də biz tərəfdaşlarımız və müştərilərimiz üçün xüsusi həllər üsulu və məhsullarımızı daha da təkmilləşdirir, etibarlılıq, rahatlıq və effektivliyə təminat veririk.

Müxtəlif istifadə edilə bilən

Wilo məhsulları dünyada bir çox tətbiq sahələrində istifadə olunur.

Qida Sənayesi.

Qida dedikdə tələblər kifayət qədər yüksək ola bilər. Çünki burada söhbət birbaşa bizim sağlamlığımızdan gedir. Buna görə də bu sənayedə iştirak edən bütün texnologiya və material komponentlərinə son dərəcə yüksək tələblər qoyulur. Hər mərhələdə keyfiyyət və gigiyena standartlarını təmin etmək üçün, temperatur və sıxlıq kimi istehsal parametrlərinə dəqiq əməl olunmalıdır. Bunun üçün nasosların funksionallığı və etibarlılığını hər gün test etmək lazımdır.

Metal sənayesi

Bu gün Polad texnoloji tərəqqi üçün mühüm komponentidir. Polad istehsalı ən yüksək enerji və su ehtiyacı olan sənaye sahəsi sayılır ancaq bununla bərabər yüksək qənaət təmin edir. İstehsal prosesində etibarlı su təchizatı və təmizləyici sistemi vacib faktordur. Soyuq suyun aqressiv və abraziv maddələrlə təzyiqi nasos sistemlərinə yüksək tələblər qoyur. Burada Wilo nasosları gün boyu yüksək effektlə çalışır və maksimim istismar müddətini tamamlayırlar.

Mədənçilik

Gümüş və mis kimi metallar keçirici xassəlidir və bu gün elektronika sənayesinin bütün sahələrində istifadə olunur. Çıxarılması mürəkkəbdir: Ehtiyatlar çox vaxt yerin bir neçə yüz metr dərinliyində olur. Bu dərinlikdə filiz deqradasiyası qrunt və kanalizasiya sularına böyük problemlər yaradır. Wilo mərkəzdənqaçma nasosları mədəndəki suların aradan qaldırılması kimi yüksək təzyiqli sənaye istifadəsi üçün uyğundur.

Energetika

Enerji həyatın əsas mənbəyidir. İnsan, heyvan və bitkilər enerjiyə həm ehtiyac duyar, həm də onu istehlak edərlər. Buna görə də dünyanın enerjiyə olan tələbatı durmadan, sürətlə artır. Buna görə də texnoloji tərəqqinin ən mühüm vəzifələrdən biri enerjini daha effektli istehsal və istifadə etməkdir.

Soyuq suyun əldə edilməsində istifadə olunan Wilo- nun boruşəkilli nasosları dəyərli töhfələrdən biridir. Qabaqcıl material və texnologiyaların tətbiq edilməsi ilə nasoslarda təxminən 90 faiz qeyri-adi hidravlik effektivlik əldə olunub ki, bu da enerji xərclərinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olur.