Ирригация

Kənd təsərrüfatında suyun davamlı istifadəsi daim dəyişən iqlim şəraitində təbii qida məhsullarının istehsalı üçün əsas şərtlərdən biridir. Dəyişən iqlim şəraitinin dünyanın bir çox bölgələrində istehsala təsir etməsi nəzərdən yayınmır. Bu vəziyyətdə məhsulun məhsuldarlığını təmin etmək üçün suvarma vacibdir. Az və ya həddən artıq dərəcədə yağıntı miqdarı zamanı da təbii su təminatını tarazlaşdırmaq üçün suvarma tələb olunur. Beləliklə, suvarma yolu ilə qurumuş və ya bar verməyən ərazilərdən səmərəli və məhsuldar olan böyük sahələr yaratmaq mümkündür. Bu səbəbdən, dünyada 150 milyondan çox hektar sahəsi süni suvarma sistemi ilə idarə olunur.

Kənd təsərrüfatı üçün müasir irriqasiya sistemləri

Sahələrin müasir irriqasiya sistemləri ilə suvarılması zamanı kök sistemlərini kifayət qədər su ilə təmin etmək üçün müxtəlif yollar var. Burada suya olan tələbat, bitki örtüyünün və həmçinin torpağın strukturunun istifadə edilmiş növündən və iqlimdən asılıdır.

Kənd təsərrüfatı sənayesində tətbiqlər

Bütün bitki örtüyünün tam şəkildə suvarılması üçün fərqli nasos və irriqasiya sistemləri tələb olunur. Xüsusilə quraq bölgələrdə sahələrin suvarılması üçün suyun mümkün olduğu qədər effektiv cəlb edilməsi və yönləndirilməsi vacibdir. Wilo bu sahədə zəruri biliklərə malikdir və müvafiq texnologiyalar təklif edir. Məsələn, Wilo-nun quyu nasosları və turbinləri suyun tələb olunan təminatı üçün suyun yerdən və ya su borusundan çəkilməsini təmin edir. Fermerlərin hamısının suyu bu cür şərtlərlə əldə etmə şəraiti yoxdur. Buna görə də, Wilo yerinin sərbəst olaraq seçilməsinə imkan verən nasoslarını inkişaf etdirmişdir. Məsələn, suyun çaydan və ya göldən rahat şəkildə çəkilməsi üçün onlar, istifadə üçün tam rahat olacaq şəkildə hər hansı bir sal üzərinə yerləşdirilə bilərlər

Wilonun qurutma qurğusu praktikada yoxlanılmışdır. Bu da sizə, su səviyyəsindən asılı olmayaraq sizə lazım olan su miqdarını çəkmək və lazım olduğu yerə çatdırmaq imkanı verir.

Böyük düz səthlərdə tam şəkildə su təminatı üçün lazım olan su təzyiqi, xüsusilə dəyişkən su səviyyələri zamanı mövcud olmur. Bu halda, Wilonun yüksək effektli təzyiq artırma sistemləri uyğun gəlir. Bu sistemlər sayəsində siz, sahədəki bütün bitki örtüyünün düzgün təzyiqli su ilə yetərincə suvarıldığından əmin ola bilərsiniz. Beləliklə, dəyişkən su səviyyələrində belə sabit təzyiqli su təminatına – və mümkün qədər enerji qənaəti ilə- təminat verilir.