Wilo ilə gələcəyinizi planlayın – CAD vasitəsilə layihənin çəkilməsindən BİM-ə qədər.

Binanın informasiya modeli (BİM)

Binanın informasiya modelindən (BİM) istifadə mühəndis sistemlərində hələ o qədər bəlli deyil. Wilo dünyada ilk nasos istehsalçısıdır ki, Sizin BİM-layihələriniz üçün öz BİM-məlumatlarını ən asan şəkildə təqdim edir.

Wilo-Revit Plugin

Magi-CAD obyekt kitabxanasına girişi olan mütəxəssis layihələndirici kimi Siz tam və aktual Wilo məlumat bazasından istifadə edə bilərsiniz. Wilo-Revit Plugin vasitəsilə Siz bizim ETİM məhsul məlumatlarına malik ağıllı Revit ailəsini birbaşa öz BİM-layihələrinizdə istifadə edə bilərsiniz. Birbaşa Revit-də bu "Wilo düyməsini" quraşdırın. O, Sizin istifadə etdiyiniz BİM proqramından asılı olmadan işləyir.

Wilo-Revit Plugin-in BİM üçün tətbiq edilməsi quraşdırıcılar, məsləhətçilər, topdançılar, texniki xidmət və OEM-tərəfdaşlarının dəstəklədiyi geniş xidmət spektrinin bir hissəsidir.

Wilo Competence vasitəsilə kompleks bir həll təklif olunur. BİM dəstəyi ilə yanaşı xidmətlərə həm də texniki dəstək, Wilo məhsul kataloqu və Wilo-Select, Wilo mübadilə servisi və alətləri, Wilo-Brain təlim konsepsiyası və GBS-nasos birləşmələrinin tətbiqi zamanı dəstək aiddir.

Wilo BİM üçün hazırdır

  • Wilo BIM-məlumatlarına sadə giriş
  • Revit Wilo-CLAB-dakı Wilo-CLAB bütün Autodesk-Revit-versiyalarında işləyir
  • Birbaşa Webserverə bağlanmaqla aktual məlumatlar
  • Kiçik ölçüyə malik kompakt CAD-modelləri
  • Beynəlxalq standartlara müvafiq məhsul məlumatları
  • Binanın bütün yaşam dövrü ərzində dəstəyə hazır

Rəqəmsal gələcək üçün yeni həllər

İş mühitinin və rəqəmsallaşdırılması və bina layihələndirilməsinin mürəkkəbliyi böyük ölçüdə məlumatlara gətirib çıxarır. Mümkün həllər bu məlumatları əlçatan etməli və bütün iştirakçılar effektiv şəkildə birgə çalışa bilməlidirlər. Məqsəd hər hansı bir məhsul və binanın yaşam dövrü ərzində əhəmiyyətli ola biləcək bütün məlumatları rəqəmsal bir modeldə birləşdirmək və əlaqələndirməkdir.

x-ray

BİM nədir

Bina informasiya modeli (BİM) inşaatda tikinti obyektinin funksional və fiziki özəlliklərinin virtual rəqəmsal təsvirlərini yaradan və idarə edən bir layihələndirmə metodudur. BİM uzunmüddətli olaraq müəssisədə optimallaşdırma prosesi və layihələrin rezlizasiyasında mədəni çevrilişin bir hissəsi kimi başa düşülməlidir. İstənilən ölçüdə layihələrə tətbiq edilə bilər.

BİM ümumi inşaat prosesi zamanı bütün mühüm məlumatların 3D modelində saxlandığı, istifadə və idarə olunduğu kompleks bir həlldir.

Əsas üstünlükləri:

  • CAD optimallaşdırılmış həndəsi xarakteristikası
  • Sadə məlumat əldə edilməsi sayəsində məhsuldarlığın artması
  • Bütün iştirakçılar üçün aktual məlumatlara giriş olduöundan səhvlərdən yayınma
  • Daha sürətli iş prosesi
  • İnşaat vaxtının və xərclərinin azalması

BİM binanın bütün yaşam dövrünü əhatə edir

Binanın bütün yaşam dövrü boyunca bütün proseslər bir-birilə əlaqəli olur: Planlama, layihələndirmə, həyata keçirmə, sənədləşdirmə, istismar və saxlama. BİM bu zaman bütün yaşam dövrünü müşayiət edən və dəstəkləyən mərkəzi məlumat modeli kimi istifadə olunur. Planlaşdırılan elementlərin vizualizasiyası, eləcə də sənədləşdirilməsi növbəti proses mərhələsini asanlaşdırır. İstismara verilmə üçün parametrlər və xərc amilləri yaşam dövrünün erkən mərhələsində artıq müəyyən edilir, belə ki ilkin planlama qərarları sonrakı ümumi xərclərə təsir edir.

Bütün tərəfdaşlar BİM-dən yararlanırlar

Planlayıcılar:

  • Modelləşdirici alətlərin sadə istifadəsi
  • Spesifikasiyaların tam inteqrasiyası
  • Ən yeni vəziyyətdə çox dəqiq modellər

BIM-planlayıcı mütəxəssislər:

  • Plug in bütün Revit versiyalarına uyğun gəlir
  • İnteqrasiya olunmuş beynəlxalq standartlar (ETIM, CIBSE)
  • Məhsul kitabxanasından pulsuz istifadə

Mütəxəssislər/Podratçılar:

  • Modellər haqqında geniş məlumatlar
  • Kompleks modellərin təsviri üçün kiçik ölçülü fayllar
  • İstifadəçi təlimatının istinadları

Vəsaitlərin idarə olunması:

  • Texniki xidmət məqsədilə hazırlanmış modellər
  • Məhsullar barədə sənədlərin istinadları
  • Daxil edilmiş texniki xidmət məlumatları

BİM necə işləyir

  • Wilo özünün BİM məlumatlarını pulsuz və istifadə olunan qrafik proqramdan asılı olmayaraq Autodesk Revit üçün kitabxanaya giriş düyməsi (Revit Plugin) vasitəsilə əlçatan edir.
  • Bu pulsuz Revit Plugini yükləyən istifadəçilər xüsusi "Wilo düyməsi" vasitəsilə Wilonun BİM məlumatlarına birbaşa giriş əldə edirlər.
  • Wilonun BİM həllini quraşdırıcılar, məsləhətçilər, topdançılar, texniki xidmət və OEM-tərəfdaşları da dəstəkləyir.
  • Revitdə olan Wilo düyməsinə bircə dəfə basmaqla məs. bütün yeni, uzunömürlü nasos seriyaları əlinizin altında olacaq.
  • Arzu edilən nasos birbaşa ETİM əlamətlərinə görə seçilə və Revit ailəsi kimi BİM modelinə inteqrasiya oluna bilər.
  • Wilo məhsullarının bu Revit ailələrinə indi ETİM məhsul məlumatları (ETİM əlamətləri) da birləşdirilib. BİM modelinin ən uyğun həllə müvafiq olaraq ağıllı şəkildə hazırlanması indi daha asan və effektivdir.
  • Əlavə olaraq, CAD istifadəçiləri üçün Wilonun CAD məlumatları STEP və DWG formatında onlayn Wilo CAD-kataloqunda təqdim olunur.
  • Aşağıda Wilo Revit Pluginin yüklənməsi üçün birbaşa istinad verilmişdir. Quraşdırma prosesinin təsviri həmçinin "Installatieprocedure Wilo-CLAB" adlı PDF fayl kimi də yüklənə bilər.

Wilo Revit Plugin üçün minimal tələblər

  • Autodesk Revit 2013 və ya daha yeni versiya
  • Autodesk Revit LT olmamalı (Revit LT-də Revit-Plugin mümkün deyil)
  • Internet bağlantısı
  • Autodesk Revit Citrix mühitində quraşdırılıbsa, Revit Plugin quraşdırmaq üçün öz sistem administratorunuzla əlaqə saxlayın.

Wilo-dəstək

Wilo binaların bütün yaşam dövrü boyunca Sizi dəstəkləyir:

  • Quraşdırma zamanı məhsul barədə məlumatlar
  • Texniki xidmət zamanı istismar qaydalarına və direktivlərə giriş
  • İstismar zamanı Wilo servisi
  • Digər optimallaşdırmalar zamanı enerjiyə qənaət edən həllər