Nasosların çəkilməsi – asan və tez

Wilo-Select 4 onlayn – nasos məsləhətçisi

Yeni Wilo-Select 4 onlayn ilə Siz 4-cü nəsil Nasos çəkilişini yaşayacaqsınız – çevik, rahat, effektiv və səmərəli. İnternet vasitəsilə hər zaman məhsullar barədə ən aktual məlumatlar Sizin ixtiyarınızdadır. Çox sadə şəkildə onlayn, hər yerdə əlçatan.

Cəmi 4 addımda məhsul seçimi, yaxud həyat tsikli xərclərinin təhlili (HTX yoxlanma) baş tutur.

  • İstismar xərclərinə baxışı açmaq
  • Müqayisəli nasosları seçmək
  • Hesablama məlumatlarını yoxlamaq
  • Həyat tsikli xərclərini və amortizasiya müddətini müqayisə etmək

İnteqrasiya edilmiş həyat tsikli xərclərinin (HTX-yoxlanma) müqayisəsi vasitəsilə Siz çox sadə şəkildə mövcud nasosların səmərəliliyini yoxlaya bilərsiniz. Wilo-Select 4 onlayn optimal mübadilə nasosunu Sizə bildirir və Avro ilə hesablanmış qənaət potensialını və amortizasiya müddətini bir faylda Sizə təqdim edir.

Wilo-Select 4 start

Məhsulları müqayisə etmək imkanı müştərilərlə söhbət zamanı məqsədli texniki məsləhət və seçim qərarı üçün əsas ola bilər. Müsabiqə və təkliflərin tez tərtib olunması məqsədilə su təchizatı, eləcə də çirkab su axıdılması üçün intuitiv idarə edilən səth vasitəsilə təhlükəsiz ehtiyat hissələrinin seçilməsi də yenidir. Digər eksport funksiyaları və təkliflərin, müsabiqə mətnlərinin e-mail vasitəsilə birbaşa göndərilməsi müştərilərinizlə effektiv ünsiyyəti təmin edir.

Qeydiyyatdan keçməyi məsləhət görürük, çünki bu zaman Siz həmçinin qiymətləri, o cümlədən bazara xas olan məhsul məlumatlarını da əldə edəcəksiniz. Şəxsi layihələrin inteqrasiya olunmuş saxlanma funksiyası onların müdafiəsini təmin edir.

Sizin üstünlükləriniz

  • Rahat və sadə istifadə
  • Hidravlik hesablamalarla təhlükəsiz məhsul konfiqurasiyası
  • Amortizasiya müddətinin, istismar və həyat tsikli xərclərinin müqayisəsi
  • Planlama və müştərilərin konsultasiyası üçün optimal dəstək