Axtar
Əlaqə
E-poçt
Kataloqun yaradılması
Mənim favoritlərim
Сравнение изделий

Wilo- korporativ sosial məsuliyyət

İnsandan, insana

Biz bina texnikası, su idarəçiliyi və sənaye sahəsində qlobal premium təchizatçısı kimi müştərilərə, cəmiyyətə, ümumi rifah və ətraf mühitə qarşı məsuliyyət daşıyırıq. Məsuliyyətli davranış və ictimai öhdəlik bizim üçün uğurlu korporativ inkişafın ayrılmaz hissəsidir.

Wilo qrupu üçün korporativ sosial məsuliyyət, qısaca KSM, ianə və sponsorluqdan daha böyük məna ifadə edir. Korporativ sosial məsuliyyət xüsusilə davamlı idarə etmədə Wilo-nun qarşısına bir sıra öhdəliklər qoyur: ədalətli iş təcrübələri, mədəniyyətlərarası kontekstdə işçi yönümlü kadr siyasəti, təbii ehtiyatların qənaətlə istifadəsi, iqlim və ətraf mühitin qorunması, lokal öhdəlik və təchizata cavabdehlik.

Bizim lokal öhdəliyimiz

Biz hesab edirik ki, davamlı müvəffəqiyyətə nail olmaq üçün qlobal bir şirkət kimi dünyanın bütün qitələrində yerləşən 60-dan çox istehsal və satış müəssisələri ilə yalnız qlobal yox, həm də lokal düşünmək məcburiyyətindəyik. Bu zaman bizim məqsədimiz Wilo- nun optimal şəkildə bölgəyə inteqrasiya olması və yerli əhali tərəfindən müsbət qəbul edilməsidir.

Ona görə də biz birbaşa əməkdaşlıq və yerli ətraf mühit üçün çoxsaylı milli və beynəlxalq, mədəniyyət, təhsil və inkişaf proqramlarında iştirak edirik. Bunun necə olduğunu aşağıdakı nümunələr göstərə bilər:

Su ilə irəli! - Massai üçün Yardım

Kranı açırıq və sərin su gəlir- bu bizim üçün o qədər də önəmli bir hadisə deyil, ancaq dünyanın digər hissələrində ağlasığmaz lüks hesab edilir. Misal üçün Afrikada insanlar su qıtlığından əziyyət çəkir. Şimal Tanzaniyada yaşayan təxminən 2,000 insan üçün bu problem gələcəkdə həll ediləcək: "Maasai üçün quyular" layihəsinin köməyi və nasos mütəxəssisi WILO SE- nin yardımı sayəsində vilayət paytaxtı Aruşadan 150 kilometr cənubda yerləşən Lol Tepes ərazisi su ilə təchiz edilmişdir. Wilo- nun şimali Bavariyadakı təmsilçisi Peter Löser "Maasai üçün quyular" layihəsinin təşkilatçısı Burkard Freitag- a bir neçə min avro dəyərində nasos yardımı etmiş və vurğulamışdır ki: "Davamlılığa can atan qlobal bir şirkət kimi biz Freitag Burkard- ın yardım layihəsi kimi layihələri həvəslə dəstəkləyirik ". Nasosların istifadə edildiyi quyular kəndin təxminən 30 kilometr ərazisini su təchizatı ilə təmin edir. Layihə əsasında yaradılmış su hövzələri kənd sakinləri üçün böyük köməkdir. Hətta indi Loltepes də bir məktəb və bir uşaq bağçası da var.

Yangxin- də Shikeng-Wilo-Hope - ibtidai təhsil məktəbi

Məktəblərinin quruluşundan az qala yarım əsr sonra Shikeng İbtidai təhsil məktəbinin şagirdlərinin yenə gələcəyə ümidlə baxmaq səbəbləri var. Məktəbin uzun və kifayət qədər uğurlu tarixinə nəzər saldıqda- keçmiş tələbələrin çoxu sonradan universitetə daxil olub – ancaq binanı daimi təmirli saxlamaq üçün dövlət kassalarında pul yoxdur. Nəticədə məktəb təhlükəli yer kimi qiymətləndirilmiş və yeni binaya zərurət yaranmışdır.

2008-ci ildə Wilo-Çin Shikeng ibtidai təhsil məktəbinin yenidən bərpası üçün yardım aksiyası keçirdi. İşçilər 170,000 yuan məbləğində yardım topladılar Wilo bu məbləğə 50,000 yuan da əlavə etdi – beləliklə cəmi 220,000 yuan toplandı ki, buda ümumilikdə 23,500 Avro edirdi. Yangxin təhsil idarəsi ilə əməkdaşlıq çərçivəsində 200,000 yuan Shikeng ibtidai təhsil məktəbinin bərpası üçün istifadə edildi, qalan 20,000 yuan ilə isə başqa ibtidai məktəbdə kitabxana tikintisinə imkan yarandı.
2010-cu ildə yeni adlı Shikeng-Wilo-Hope - ibtidai təhsil məktəbinin tədris binası tamamlandı. Hal-hazırda doqquz sinif 456 şagird, 20 müəllim və inzibati personala xidmət edir. Minnətdarlıq əlaməti olaraq yeni məktəb qapısının yanındakı divara həm bütün yardım edənlərin adları, həm də Wilo qrupunun loqosu həkk edilmişdir.

1,000 ədəd ürək formalı qoğal və bol yardım

3,000-dən artıq ziyarətçi - işçilər və onların ailələri - Dortmundda yerləşən şirkətin qərargahına milad bazarına bənzər tərzdə alicənablıq ilə milad bayramı ruhu qatdı. Maraqlı tədbir çərçivəsində Wilo idarə heyəti 2010-ci ildə göstərdikləri fövqəladə performans üçün personala təşəkkür etdi: Şirkətin yalnız kollektivin bütün pillələrdə göstərdiyi tam performans nəticəsində mümkün olan, çox müsbət bir biznes keçmişi var.

Xüsusilə xərçəng və leykemiya xəstəliklərindən əziyyət çəkən uşaqların valideynləri ilə Dortmundda təşkil edilən görüşlərin idarə heyəti sədri cənab Hans-Jörg Banack. 6,000- dən çox avro məbləğində kollektiv yardım edə bilmənin sevincini yaşayırdı. Bundan əlavə Dortmund xəstəxanasının pediatriya şöbəsinin K1 stansiyası və ehtiyac sahibi ailələr üçün 5 Carerra qatarı göndərildi.