02.06.2021
Açılış mərasimində universitetin rektoru Gülçöhrə Məmmədova başda olmaqla AZMİU-nin rəhbərliyi, dekanlar və kafedra müdirləri, Almaniyanın Azərbaycandakı Səfirliyinin nümayəndəsi Zübeyde Oyan, Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann, WILO SE şirkətinin texniki tədris müdiri Pavel Speranski, şirkətin Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Çingiz Əhmədov və kollektivi iştirak etmişdir. Çingiz Əhmədov qeyd etmişdir ki, bu layihə, Wilo şirkətinin layihəçilərin, mühəndislərin və tələbələrin ixtisasının artırılmasına yönəlmiş ilk layihəsi deyil. 15 ildir ki, şirkət tərəfindən nasos avadanlığı sahəsində mütəmadi olaraq seminarlar və təlimlər təşkil edilir.