Axtar
Əlaqə
E-poçt
Kataloqun yaradılması
Mənim favoritlərim
Сравнение изделий

Sizin üçün İlk– nasos avadanlıqları haqqında düşünmək

Wilo – həlləri - Bizim əsas missiyamız innovativ məhsul həlləri üsuludur

"Sizin üçün İlk". Bu bizim gördüyümüz bütün işlərdə əsas missiyamızdır. Bu missiyamızdan yola çıxaraq biz istifadəçilərin gündəlik həyatını daha da rahat edən, hərtərəfli ağıllı nasos və sistemlərimizi təkmilləşdiririk. Bizim enerji səmərəli həllərimiz təkcə bir və iki ailəli mənzillər üçün deyil eyni zamanda ictimai, icarə, inzibati və ticarət məqsədli obyektlər üçün də uyğundur. Wilo sizi İsitmə, havalandırma, soyutma, içməli su, su təchizatı eləcə də çirkab və kanalizasiya sularının təmizlənməsi sahəsində individual həllər və yüksək effektiv texnologiya ilə təmin edir.

Daha çox məlumat əldə edin

Buna əlavə olaraq sizə innovativ hər şey daxil xidmətləri ilə hərtərəfli dəstək təklif edirik. Bu yeni layihələrin planlaşdırılması mərhələsindəki layihə müzakirəsindən başlayıb, yüksək səviyyəli sistemlərə inteqrasiya, aktiv nasos dəyişdirilməsi, maliyyələşdirmə, istismara buraxılmada yardım, ilkin məhsul testi, Wilo müştəri xidməti ilə sonradan göstərilən xidmət və xüsusi məhsul seminarlarına qədər davam edir.

Daha çox məlumat əldə edin

Wilo-Stratos MAXO – ağıllı şəbəkə vasitəsi ilə məhsul inteqrasiyası

Mobil cihazlar və birbaşa nasos şəbəkəsi ilə əlaqə getdikcə daha böyük əhəmiyyət daşıyır. Wilo-Stratos MAXO ilə biz nasosun yeni bir kateqoriyasını müəyyən etdik: asan işləyən və şəbəkəyə qoşulan. Wilo-SmartHome – şəbəkəyə qoşulmuş ev üçün Ağıllı şəbəkə ilə siz nasos və nasos sistemləri ilə yüksək bağlantı əldə edir və qurğulara, əməliyyat şəraitinə baxma imkanı tapırsınız.

Daha çox məlumat əldə edin

Wilo-SmartHome – şəbəkəyə qoşulmuş ev üçün

Həyat və yaşayış keyfiyyətinin yaxşılaşdırılması və daha çox təhlükəsizlik və enerji səmərəliliyi əldə etmək üçün "ağıllı yaşam" getdikcə daha cəlbedici olur. Müxtəlif kommunikasiya xüsusiyyətli komponentlərin şəbəkələşdirilməsi ilə komfortlu mühit yaradılmış və gündəlik həyat daha da asanlaşmışdır: individual vaxt profilləri enerjiyə qənaət edir, qapı və pəncərə sensorları təhlükəsizliyi təmin edir və əgər cihaz maneə törətmə təhlükəsi yaradarsa smartfon xəbərdarlıq edir. Wilo dünyada ağıllı ev qabiliyyətli nasos portfelini təqdim edən ilk nasos istehsalçısıdır.

Contractor Uwe

Wilo-Energy Solutions – proaktiv olmaq

Enerji xərcləri davamlı artırmaqdadır- hərəkət etməyin vaxtı çatıb. Kim bina idarə edilməsi və ya sənaye qurğularının işlədilməsində iqtisadi baxımdan irəli getmək istəyirsə, yüksək səmərəli texnologiya ilə ayaqlaşmalıdır. Wilo-Energy Solutions hələ fəaliyyət göstərən ancaq Wilo yüksək səmərəlilik texnologiyasında istifadə olunan səmərəsiz nasos və nasos sistemlərinin aktiv əvəzedilməsi daxildir. Bununla siz öz bina və avadanlığınızda nasosların enerji sərfiyyatını 90 faizə qədər azaldır və gələcək, təchizat və gigiyena təhlükəsizliyi kimi əlavə faydalar əldə etmiş olursunuz.

Tətbiq sahəsi kommunal və ictimai binalardan başlayaraq idarələr, təhsil müəssisələri və xəstəxanalara qədər uzanır.

Daniel Podgorny informs about pump funding

Wilo-Financial Services - nasos dəyişdirilməsinin ağıllı maliyələşdirilməsi

Biz bilirik ki, sizin enerji səmərəliliyi yönümlü investisiyalarınız bir sıra layihələrlə rəqabət aparır. Bundan başqa, banklar enerji effektivliyi sahəsində kiçik və orta miqyaslı investisiya planlarının maliyyələşdirilməsinə çox vaxt qərarsız yanaşırlar. Biz bu maliyyə boşluğunu aradan qaldırmaq istəyirik, çünki bir çox hallarda enerji xərclərinə qənaətin nasos dəyişdirilməsinin təkrar maliyyələşdirilməsinə kifayət etdiyini bilirik. SMART maliyyələşdirilməsi həlləri ilə digər layihələr və gələcək inkişaf üçün istifadə edilə bilən likvidlik ləğv olunub.

Operator of the waste water treatment plant in Almere (Bart van der Stoep)

Wilo Try & Buy – risk etmədən test edin

İnvestisiya üçün ən əhəmiyyətli amil məhsulun etibarlılığı və effektli çalışmasıdır. Bunu planlaşdırma mərhələsində qiymətləndirmək çətin olduğu üçün sizə "Try & Buy" - ilə məhsullarımızı altı ay müddətində öz qurğularınızda test etmək imkanı veririk.

WiloCare – maksimum təhlükəsizlik üçün tam paket

WiloCare ilə sizə sabit qiymətə nasos və qurğularınızın hər zaman optimal və səmərəli çalışmasına zəmanət verən xidmət paketi təklif edirik

Wilo- Təlim və məşqlər- hərtərəfli və təcrübəli

Bizim dialoqyönümlü təlim və məşq proqramlarımız sizə təcrübəli ekspertlər tərəfindən istehsalat sirlərini (nou-hau) təklif edir və gündəlik praktikada bizim məhsullar ilə işinizi mümkün olduğu qədər asanlaşdırır.