Axtar
Əlaqə
E-poçt
Kataloqun yaradılması
Mənim favoritlərim
Сравнение изделий

Wilo – yerli mütəxəssisdən- qlobal oyunçu

Qlobal meqa trend erasının ağıllı həllər üsulu

Wilo bina texnikası, su idarəçiliyivə sənaye sektorunun premium təchizatçısıdır. Biz mürəkkəb texnologiyaların istifadəsini sadələşdirir, onları enerji qənaətli və güclü edirik. Buna görə də insan faktoru bizim gördüyümüz işin mərkəzində dayanır. Biz sizə mükəmməl məhsul, sistem həlləri və xidmətlər təklif edirik. Almaniyanın Dortmund şəhərində 1872-ci ildə mis və latun malları fabriki kimi qurulan Wilo uzun və uğurlu tarix yolunda yerli mütəxəssisdən qlobal oyunçuya çevrilmişdir.

Biz gələcəyin suallarını bilir və onlara cavab verəcək texnologiya inkişaf etdiririk. Buna görə də həyatımızı əbədi və dərindən dəyişən qlobal meqa trendlər ilə maraqlanırıq. Biz qloballaşma meylləri, urbanizasiya, iqlim dəyişikliyi, enerji qıtlığı, su çatışmazlığı, eləcə də texnoloji inkişaf və rəqəmsal texnologiyalara xüsusi diqqət yetiririk. Həm də özümüz üçün.

Daha çox məlumat əldə edin

Rəqəmsallaşmanın imkanları

Hazırki Mega trendlər arasında texnoloji inkişaf və rəqəmsallaşma xüsusi yer tutur. Rəqəmsallaşma müştəri ehtiyacları, istehsal texnikası, proseslər və istehsal üsullarını əsaslı şəkildə dəyişir. O, bir neçə il bundan əvvəl xəyala belə gəlməyən funksiya və tətbiqlər təklif edir. Biz rəqəmsallaşmanın imkanlarını bilir və gələcəyi daha yaxşı və yaşana bilər etmək üçün ondan istifadə edirik. Və sahəmizin rəqəmsal pioneri kimi özümüzü təkmilləşdiririk. Böyük verilənlər (Big data) istifadə etdiyimiz rəqəmsallaşmanın dəyərli tərkib hissəsidir. Gün ərzində sürətlə artan məlumatların böyük potensialından yararlana bilmək üçün prosesləri rəqəmsallaşdırırıq: şəbəkəyə qoşulmuş, uzaqgörən və müxtəlif. Biz müvafiq məlumatları təhlil edir və onları xüsusi dəyərləndiririk. Sistemdə mövcud olan məlumatlardan istifadə edərək yeni biznes modelləri, eləcə də nasos, tətbiq və xidmətlərimiz üçün xüsusi rəqəmsal funksiyalı məhsullar inkişaf etdiririk.

Bizim iddiamız – aydın ifadə olunur

İnsan, məhsul, xidmət, fabrik və avadanlıqların ağıllı şəbəkələşdirilməsi ilə rəqəmsallaşmadan ağıllı həll yolları tapmaq üçün effektiv istifadə edirik. Bunun əldə olunması üçün dünyada hər gün təxminən 7,400 işçi çalışır. 60 ölkədə 60-dan çox filial və 16 istehsal obyektində. Beləliklə gələcəyin məhsul, sistem və xidmətləri yaranır. Bununla biz müştərilərimiz üçün həyatı daha asan – gələcəyi isə daha yaxşı edirik


Building of the state ministry for urban development and the environment ("Behoerde fuer Stadtentwicklung")

Bina texnologiyası üçün Wilo həlləri

Campaign motive Reception from the OEM Positioning campaign 2016/2017

Wilo-OEM Solutions


Промышленность

Christian Roos

Pioneering for You


Su təsərrüfatı üçün Wilo həlləri