Axtar
Əlaqə
E-poçt
Kataloqun yaradılması
Mənim favoritlərim
Сравнение изделий

Su təsərrüfatı üçün Wilo həlləri

Qlobal su çatışmazlığına qarşı - İntellektual texnologiya

Su yer üzərində ən qiymətli sərvətlərdən biridir. Dünyanın daim artan əhalisi içmək, yumaq, təmizlik, kənd təsərrüfatı və sənaye üçün sudan getdikcə daha çox istifadə edir. Qlobal su çatışmazlığı xüsusilə aktual problemdir və münaqişələrin yaranması üçün böyük potensiala malikdir. Buna görə də suyun əldə edilməsi və su ilə təmin edilmə gələcəyin ən əhəmiyyətli problemləri sırasında yer alır. Wilo su əldə etmək üçün yeni mənbə və metoddan istifadə edən və onları optimallaşdıran nasos və sistemlər hazırlamışdır. Bizim çevik həllər üsulu etibarlı təchizata təminat verir və çox mənzilli tikililər, məktəb yaxud da sənaye kompleksləri kimi müxtəlif binaların tələblərinə uyğun olaraq hazırlanır. Xüsusi layihə və yüksək effektli texnologiya vasitəsi ilə ağıllı şəbəkələrin təkmilləşdirilməsi və mərkəzdən kənar su təmizləyici qurğuların yayılması qarşımıza qoyduğumuz əsas məqsədlərdəndir. Nasos və nasos sistemlərinin tətbiq sahəsinə yağış suyunun istifadəsi, su təchizatı və təzyiq artırma, yanğına qarşı su təchizatı, suların təmizlənməsi, xam suyun qəbuledicisi, duzsuzlaşdırma və peşəkar suvarma kənd təsərrüfatı daxildir.

Etibarlı su tədarükü - İordaniya vadisindən təmiz su

Elə ölkələr var ki, orada su təchizatı böyük problemdir. Məsələn, İordaniya dünyanın ən quraq ölkələrdən biridir. Təmiz su İordaniya vadisindən başlayaraq 1,400 metrlik yüksəklikdə yerləşən böyük şəhərlərə nəql edilir. Artan əhali və köhnə boru sistemləri problemi daha da ağırlaşdırır. Wilo Ebquoreyeh ərazisindəki içməli su nasos stansiyasına nou- hau və yeni avadanlıq tədarük etdi. EMU K növlü iki effektiv təzyiq nasosu, enerji qənaəti və monitorinq sistemi ilə nasos stansiyası artıq 50,000 insan üçün içməli suyun etibarlı təchizatını təmin edir. Və bununla da il ərzində 1,5 milyondan artıq kVt/H, 1,100 ton CO2 və 110,000 avrodan artıq elektrik xərclərinə qənaət edir.

Böyüyən şəhərlər üçün - etibarlı tullantı su sistemləri

Şəhərlər gələcəyin yaşayış sahəsidir- və bizə böyük problemlər yaradır. Bunlardan biri gigiyena standartlarına cavab vermək və qoxuların qarşısını almaq üçün tullantı və kanalizasiya sularının atılmasıdır. Tullantı sularının boşluqlardan problemli keçərək kanalizasiya sistemlərinə axıdıldığı yerlərdə effektli tullantı su nasosları və maye qaldıran qurğu köməyə gəlir. Wilo- nun güclü və yüksək iqtisadi səmərəli məhsul və sistemləri tullantı sularını etibarlı şəkildə və resursları qoruyaraq toplayır. Çirkab sularının təmizlənməsi üçün effektiv həllərin inkişafı ilə biz ətraf mühitin mühafizəsi və su kimi qiymətli resursların davamlı istifadəsinə kömək edirik.

Böyüyən metropolislərdə - modul tipli su infrastrukturu

Ağıllı texnologiyaya Latın Amerikası, Afrika və Asiyanın sürətlə inkişaf edən Metropolislərində olduğu kimi heç bir yerdə belə təcili ehtiyac duyulmur. Buna görə də Wilo Darmstadt Texniki Universiteti ilə birlikdə Semizentral tədqiqat layihəsi çərçivəsində elastik infrastruktur yanaşması üzərində işləyir. Semizentral şəhərlər ilə birgə böyüyür və tullantı su, orqanik tullantı axınlarını modul tipli həll yolu ilə inteqrasiya edir. Çinin Qingdao pilot stansiyasında bizim yüksək texnologiyalı 56 nasosumuz istifadə edilir: Onlar tullantı suları və orqanik tullantılardan su və enerji istehsal etməyə kömək edir. Yüksək enerji səmərəliliyi ilə sualtı motor mikserləri, nasos, təzyiq artıran sistem və yanğınsöndürmə sistemləri sistemin müstəqil şəkildə kafi enerji ilə fəaliyyətinə imkan verir.

Etibarlı sənaye prosesləri üçün – xüsusi ölçü

Hər sənaye sahəsi öz istehsal texnologiyasında və materialların istifadəsində fərqli və yüksək tələblərə malikdir. Buna görə də biz tərəfdaşlarımız və müştərilərimiz üçün yüksək səmərəli, dayanıqlı və etibarlı istehsal proseslərinə zəmanət verən xüsusi həllər üsulu və məhsullarımızı daha da təkmilləşdirirk. Beləliklə bizim nasoslarımız kritik keyfiyyət və gigiyena standartlarına cavab verən qida sənayesinə və yüksək tələblərə və ekoloji qaydalara cavab verən metal sənayesinə kömək etmiş olur. Mədənçilikdə mədən suları etibarlı şəkildə nəql olunur və onlar energetika sahəsində elektrik stansiyalarındakı yüksək yüklənmə zamanı enerji təhlükəsizliyinə mühüm töhfə verir. Dünyanın bir çox tanınmış sənaye şirkətləri bizim keyfiyyət və performansımıza etibar edir.

Bunlara aiddir:

Qida sənayesi: Fischtechnik International Engineering GmbH

Metal sənayesi: Salzgitter Flachstahl AG, Deutschland; ThyssenKrupp Steel Europe AG

Mədənçilik: Vattenfall Europe Mining AG; Mopani Copper Mines, Sambia

Energetika: Kraftwerk Shangdu, China; Anpara Power Station, Indien